Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqləndi
    • 5-05-2021, 19:28
    • 668

Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqləndi

Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

Azərbaycan Xarici İşlər Nazirliyinə dəyişiklik barədə İraq tərəfinə bildiriş göndərmək tapşırılıb.