Təhsil naziri bu şəxsləri işdən çıxardı
    • 6-05-2021, 11:32
    • 426

Təhsil naziri bu şəxsləri işdən çıxardı

Təhsil nazirininmüvafiqəmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb.

Nazirlikdən News24.az-a verilən mılumata görə, araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib, Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

Həmçinin, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramov Emin Knyaz oğlu, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Qəmbərov Lətif İsbəndiyar oğlu işdən azad edilib.