-
- 6-05-2021, 19:57
- 351
Ermənistanın sabiq nazirinin EVİ ƏLİNDƏN ALINDI
Ermənistan parlamentinin keçmiş deputatı, ölkənin sabiq fövqəladə hallar naziri Mher Şahgeldyan məhkəmə qərarı ilə müflis elan edilib.
News24.az xəbər verir ki, o, "Ameriabank" dan götürdüyü 30 min avrodan çox məbləğdə krediti ödəyə bilməyib. Nəticədə banka girov qoyulmuş mənzili satışa çıxarılıb.
Hərrac bu il 27 may tarixinə təyin olunub. Şahgeldyanın mənzili Yerevanın Maştots prospektindəki dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşir.
Mənzilin sahəsi 85,7 kv.m, başlanğıc qiyməti 55,2 milyon (180 min AZN) dramdır.