“Səhnədən səngərə” layihəsinə start verilir
    • 7-05-2021, 18:40
    • 518

“Səhnədən səngərə” layihəsinə start verilir

Vətən müharibəsində şəhid olmuş mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verilir.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq.

Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.