“Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsinə start verilir
    • 23-04-2021, 16:51
    • 456

“Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)  “Qafqazinfo” saytı ilə birgə “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsinə start verir.

News24.az xəbər verir ki, layihənin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, əsil vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən paytaxt məktəblərində çalışan müəllimləri daha yaxından tanıtmaqdan və müəllim obrazını fərqli istiqamətdən təqdim etməkdən ibarətdir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən müəllimlər barədə ətraflı məlumat veriləcək və onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunacaq.

Qeyd edək ki, Vətən Müharibəsi başlayarkən BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122-si müəllim və 5-i direktor müavini olmaqla, ümumilikdə paytaxtın 127 təhsil işçisi də Azərbaycan ordusu sıralarına qoşulmaq üçün müraciət edib. Onlardan 38 nəfər döyüşlərdə iştirak edərək qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə öz töhfəsini verib.