I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
    • 8-05-2021, 12:58
    • 436

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək bağlı olacaq.

Portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq. 

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.