Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız - SİYAHI
    • 8-05-2021, 16:32
    • 353

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız - SİYAHI

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXll Yay Olimpiya və XVl Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahısı yenilənib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın News24.az-a verdiyi məlumata görə, siyahıya ötən gün daha 2 yeni idmançı əlavə olunub. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Təsnifat Turnirində taekvondoçu Fəridə Əzizova (67 kq) və Dünya Təsnifat Turnirində qadın güləşçi Elis Manolova (68 kq) finala yüksələrək, həmin vəsiqələrə yiyələniblər. Hələlik olimpiadaya 19, paralimpiadaya 9 azərbaycanlı idmançının lisenziyası rəsmiləşib. Həmin vəsiqələri beynəlxalq idman federasiyaları rəsmən elan edib.

XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların S İ Y A H I S I

S/Sİdmançının adı və soyadıİdman növü və fənniLisenziya qazanılan yarışın adıLisenziya qazanılan yarışın tarixi və yeriQeyd
1.Anna SkidanAtletika (çəkic atma)World Challange Nanjing 201920-21 may 2019-cu il,
Çin, Nanjinq
Final mərhələsində 5-ci yer olmaqla lisenziya əldə etdi
2.Nazim BabayevAtletika
(üç təkanla tullanma)
Qış dünya turu18-20 fevral 2020-ci il,
Fransa, Lievin
Final mərhələsində 2-ci yer olmaqla lisenziya əldə etdi
3.Maksim ŞemberevÜzgüçülük (400 m qarışıq)Dünya çempionatı12-28 iyul 2019-cu il,
Cənubi Koreya, Kvanju
Final mərhələsində 6-cı yer olmaqla lisenziya əldə etdi
4.Mariya StadnikQadın güləşi (50 kq)Dünya çempionatı14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Qızıl medal qazanmaqla lisenziya əldə etdi
5.Elis ManolovaQadın güləşi (68 kq)Dünya Olimpiya təsnifat turniri06-09 may 2021-ci il,
Bolqarıstan, Sofiya
Finala çıxmaqla lisenziya qazandı
6.Şərif ŞərifovSərbəst güləş (97 kq)Dünya çempionatı14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Gümüş medal qazanmaqla lisenziya əldə etdi
7.Hacı ƏliyevSərbəst güləş (65 kq)Avropa Olimpiya təsnifat turniri18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi
8.Hacımurad HacıyevSərbəst güləş (74 kq)Avropa Olimpiya təsnifat turniri18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi
9.İslam AbbasovYunan-Roma güləşi (87 kq)Avropa Olimpiya təsnifat turniri18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Qızıl medal qazanmaqla lisenziya əldə etdi
10.Zöhrə AğamirovaBədii gimnastika (çoxnövçülük)Dünya çempionatı16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
B qrupunda 4-cü yer olmaqla lisenziya qazandı
11.Azərbaycan (qrup)Bədii gimnastika
(qrup - çoxnövçülük)
Dünya çempionatı16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
Yetərli xal toplayaraq lisenziya əldə etdilər
12.Marina Nekrasovaİdman gimnastikası (qadınlar - çoxnövçülük)Dünya çempionatı04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi
13.İvan Tixonovİdman gimnastikası (kişilər - çoxnövçülük)Dünya çempionatı04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi
14.Ruslan LunyovGüllə atıcılığı
(25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
Avropa çempionatı11-23 sentyabr 2019-cu il,
İtaliya, Boloniya
Final mərhələsində 1-ci yer olmaqla lisenziya əldə etdi
15.AzərbaycanVelosiped (şosse)--Olimpiya reytinqdə 44-cü olmaqla lisenziya əldə etdi
16.Milad Beigi HarçeganiTaekvondo (-80 kq)--Olimpiya reytinqdə 2-ci olmaqla lisenziya əldə etdi
17.Fəridə ƏzizovaTaekvondo (-80 kq)Avropa Olimpiya təsnifat turniri06-09 may 2021-ci il,
Bolqarıstan, Sofiya
Finala çıxmaqla lisenziya qazandı
18.Tayfur ƏliyevBoks (57 kq)Avropa Olimpiya təsnifat turniri14-24 mart 2020-ci il,
Böyük Britaniya, London
1/4 mərhələyə keçməklə lisenziya qazandı
19.Anna BaştaQılıncoynatma
(sablya, qadınlar)
--Olimpiya reytinqinə əsasən lisenziya qazandı
Qazanılan lisenziyalardan 3-ü sərbəst güləşin, hərəyə 2-si atletika, bədii gimnastika, idman gimnastikası, qadın güləşi və taekvondonun, hərəyə 1-i atıcılıq, yunan-Roma güləşi, üzgüçülük, şosse velosipedi, boks və qılıncoynatmanın payına düşür.
XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın
S İ Y A H I S I
S/Sİdmançının adı və soyadıİdman növü və fənniLisenziya qazanılan yarışın adıLisenziya qazanılan yarışın tarixi və yeriQeyd
(lisenziyanı hansı nəticə ilə əldə etdi)
1.Oloxan MusayevAtletika,
lövhə atma
Dünya Çempionatı07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (41.58 m)
2.Samir NəbiyevAtletika,
nüvə itələmə
Dünya Çempionatı07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (14.06 m)
3.Kamil ƏliyevAtletika,
uzunluğa tullanma
Dünya Çempionatı07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi (7.00 m)
4.Raman SaleiÜzgüçülük,
100 m arxasıüstə
Dünya Çempionatı09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında gümüş medal qazanmaqla lisenziya əldə etdi (1:01.00 dəq)
5.Dana ŞandıbinaÜzgüçülük--Dünya reytinqində 10-cu yer olmaqla lisenziya əldə etdi
6.Vəli İsrafilovÜzgüçülükDünya Çempionatı09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi
7.Yelena TaranovaGüllə atıcılğı,
25 metrə məsafəyə atəş
Dünya Çempionatı12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 20-ci yer olmaqla lisenziya əldə etdi (557 xal)
8.Kamran ZeynalovGüllə atıcılğı,
50 metrə məsafəyə atış
Dünya Çempionatı12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 15-ci yer olmaqla lisenziya əldə etdi (524 xal)
9.Elşən HüseynovPauerliftinq,
+107kq çəki dərəcəsi
Açıq Avropa Çempionatı22-29 may 2018-ci il,
Fransa, Berk-sur-Mer
Açıq Avropa Çempionatında qızıl medal qazanmaqla lisenziya əldə etdi (230 kg)