“Şagirdlərin sayı azalır” - Təhsil naziri
    • 8-05-2021, 16:56
    • 471

“Şagirdlərin sayı azalır” - Təhsil naziri

“Bakıda biologiya fənni üzrə 995, fizika üzrə 890, coğrafiya 894, kimya üzrə 673, ibtidai təhsil səviyyəsi üzrə 5 879, Azərbaycan dili və ədəbiyyatı üzrə 2 979, riyaziyyat üzrə 2 521 müəllim çalışır”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu yerlərin 40-da biri vakansiyaya çıxa bilər: “Şagirdlərin sayı da vakant yerlərə təsir edə bilər. Son illərdə şagird sayında artım müşahidə edilirdi. Amma növbəti illərdə azalma olacaq. Uşaqların sayının azalması şagird sıxlığına, yeni siniflərin açılmasına təsir edəcək. Müəllimlərin iş yerlərində saxlanılması və ixtisar edilməməsi əsas prioritetdir”.