-
- 30-10-2018, 18:29
- 3 198
Mirkamil Tünzalə haqda dediyi şok sözlərə aydınlıq gətirdi - AÇIQLAMA
Müğənni Mirkamil Kamilov xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazdığı statusa aydınlıq gətirib.
Belə ki, ifaçı şəxsi instagram hesabında T.Əliyevanın “Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözlərinə sərt reaksiya verib.
O, “Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş” sözlərini yazıb.
Məsələ ilə bağlı Mirkamil Kamilovla əlaqə saxladıq. News24.az-a açıqlama verən ifaçı yazdığı sözlərin arxasında olduğunu bildirib:
“Ona qarşı kiminsə düşmənçiliyi varsa elə başlıqlar yazıb camaatı qızışdırmasınlar. O mənim ailəmin üzvüdür. “Xalq ulduzu” vaxtında onun əlindən öpüb bacı demişəm. Mən bacı sözünü elə-belə demirəm.
O statusu yazmaqda səbəb isə yoldaşını son vaxtlar yanında görməməyim oldu. Məni yandıran o oldu ki, sağlığında, pul qazanan vaxtlarında yanında tez-tez görürdüm. Niyə bəs son vaxtlar yanında görünmür. İnsanı bu vəziyyətdə tək buraxmazlar.
O da mənə aydınlıq gətirdi və dedi ki, sadəcə olaraq efirə çıxmaq istəmir. Tünzaləyə dedim ki, yoldaşı onu həyatda tək buraxsa belə yanında mənim kimi qardaşı var.
Yazdıqlarımın arxasındayam. Yəni onun yoldaşını çağırıb pul alan deyiləm ondan. Allahdan başqa da heç kimdən də qorxmuram”.
“Efirdə öz reytinqlərinə görə şou qurub Tünzaləni tora salmasınlar. Tünzalə axı canı ilə əlləşir. Tünzalənin xəstə canından kim pul qazanırsa Allah bəlasını versin”.
Teymur Məmmədov