Xınalıqda qarın örtüyü 2 sm-ə çatıb - Faktiki hava
    • 10-05-2021, 12:15
    • 501

Xınalıqda qarın örtüyü 2 sm-ə çatıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb,  arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.    

News24.az-a daxil olan məlumatda bildirilir: 

Düşən yağıntının miqdarı
Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, 
Kiçik Qafqaz zonasında 15-18,
Naxçıvan MR-da 2-8,
Mərkəzi Aran rayonlarında 3-5,
Qazax-Gəncə zonasında 5-20, 
Lənkəran-Astara zonasında 1-3,
Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Balakən, Ağdamda 30, Tovuz, Zərdab, Gəncədə 28, Mingəçevir, Bərdədə  25, Ceyrançöldə 24, Şəki, Xaçmaz, Göyçayda 22, Zaqatalada 20, Yevlaxda 19, Şəmkir, Yardımlıda 18, Şabranda 16, Şərurda 15, Bakıda 32, Maştağada 30, Qum adası, Sumqayıtda 28, Neft Daşlarında 26, Çilov adası, Pirallahıda 25, Binədə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 2, Şahdağ, Daşkəsən, Gədəbəydə 1 sm-ə çatıb.

Mayın 9-da Naxçıvanda saat 17:10 radələrində 5 dəqiqə ərzində diametri 6 mm, Qazaxda saat 15:40-15:45 radələrində diametri 0,8 mm, Ağstafada saat 15:20-15:25 radələrində zəif dolu yağıb.