-
- 11-05-2021, 15:21
- 468
Alban-udi xristian icması sədri: “Ağoğlan monastırı Azərbaycana məxsus alban mədəni irsidir”
"30 il həsrət olduğumuz torpağa gəlib ayaq basırıq. Arzum odur ki, hər bir Azərbaycan vətəndaşı buranı ziyarət etmək imkanı olsun. Nəhayət, bu torpaqlar işğaldan azad olunub".
News24.az xəbər verir ki, bunu bu gün Pasxa bayramını qeyd etdikləri Laçının Ağoğlan monastırında jurnalistlərə açıqlamasında Alban-udi xristian icmasının sədri Robert Mobili deyib.
O bildirib ki, Laçında Ağoğlan monastırında, işğaldan azad edilmiş yerlərdə çoxlu saxtalaşma elementləri nəzərə çarpır: "Buna mütəxəssislər, memarlar, tarixçilər qiymət versə, yaxşı olar. Sözsüz ki, burada arxeoloji işlər də gedəcək. Ümumiyyətlə, burada bərpa işləri zamanı erməni simvollarını məbədə salıblar. Amma bu, alban məbədi, Azərbaycana məxsus olan alban kilsəsinin mədəni irsidir. Bu kilsələrin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur". /apa.az