Dini konfessiya rəhbərləri Ağdam Şəhidlər Xiyabanını ZİYARƏT ETDİ - Fotolar
    • 7-04-2021, 12:45
    • 460

Dini konfessiya rəhbərləri Ağdam Şəhidlər Xiyabanını ZİYARƏT ETDİ - Fotolar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları - Allahverdi Bağırov, Əlabbas İsgəndərovun və diglərin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir. Səfər davam edir. /Report/