Ufak Tefek Cinayetler serialının Arzusu öldü
    • 31-10-2018, 11:10
    • 920

Ufak Tefek Cinayetler serialının Arzusu öldü

Azərbaycanda da maraqla izlənən “Ufak Tefek Cinayetler” türk serialında qəfil ayrılıq yaşanıb. Əsas obrazlardan olan 4 qadından biri serialı tərk edib.

Serialın ötən gün yayımlanan 39-cu bölümündə Arzu obrazı ssenariyə əsasən avtoqəza nəticəsində dünyasını dəyişir. Serialdakı gözlənilməz bu dönüş tamaşaçılarda böyük təəccüb yaradıb. Sonradan bəlli olub ki, serialdan erkən ayrılmaq Arzu obrazını canlandıran aktrisa Tülin Özenin öz istəyi ilə olub. Nədən ki, serialın gedişatı və ssenari aktrisanın ürəyincə olmayıb. Bu səbəbdən də serialdan erkən ayrılmaq qərarı verib. Onun bu addımı tamaşaçıların ürəyincə olmayıb.

News24.az