Aktrisa Enriki İqlesiasla duet oxumağı arzulayır.
    • 19-12-2018, 14:02
    • 1 606

Aktrisa Enriki İqlesiasla duet oxumağı arzulayır.

"Ufak Tefek Cinayetler" serialı finala çıxdıqdan sonra aktrisa Gökçe Bahadır bir müddət heç bir serial proyektində görünməyəcək.

Yorğunluğunu çıxardıqdan sonra ürəyincə olan ssenari ilə kameralar önünə keçməyi düşünən aktrisa hazırda yeni çıxan musiqi albomunun kefini yaşayır. 

Gökçe bildirib ki, əvvəl albom çıxarmağı düşünməsə də bu barədə gələn təklifi düşünmədən qəbul edib:

"Albom çıxartmaq heç ağlımda yox ikən çox gözəl təklif gəldi. Məni buna razı salmağa ehtiyac da qalmadı. Çünki mahnı oxumağı çox sevirəm. Ona görə də o dəqiqə qəbul etdim".

Gökçə hansı məşhurla duet oxumaq istəyini də açıqlayıb. Cavabı Enriki İqlesias olub.

News24.Az