Prezident İlham Əliyev: ““Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”
    • 12-05-2021, 15:27
    • 640

Prezident İlham Əliyev: ““Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”

"Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

News24.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada keçirilən "Xarıbülbül" festivalının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır".