Bakıda qanunsuz parkinq yeri TƏŞKİL EDİLDİ - FOTOLAR
    • 12-05-2021, 17:49
    • 431

Bakıda qanunsuz parkinq yeri TƏŞKİL EDİLDİ - FOTOLAR

Bakının Nizami rayonunda C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsində yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

News24.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, səkinin zəbt olunması ilə bağlı zəruri addımlar atılacaq.
Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq. /apa.az