Bakıda bu yolda YENİLİK
    • 5-02-2021, 12:36
    • 481

Bakıda bu yolda YENİLİK

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilir ki, nəticədə kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb, növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib. Həmçinin nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.