Şuşada inşa olunacaq yeni məscidin - FOTOLARI
    • 12-05-2021, 23:30
    • 890

Şuşada inşa olunacaq yeni məscidin - FOTOLARI

Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə yeni tikiləcək məscidin təməli qoyulub. 

News24.az xəbər verir ki, şəhədə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.

Qeyd edək ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək.

Xatırladaq ki, bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər onların hamısını dağıdıb.