Ermənilər Yuxarı Gövhər ağa məscidinin daxili interyerində ciddi dəyişikliklər edir
    • 29-09-2020, 17:39
    • 737

Ermənilər Yuxarı Gövhər ağa məscidinin daxili interyerində ciddi dəyişikliklər edir

Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilib.
 
News24.az xəbər verir ki, daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilib.
 
Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.