-
- 13-05-2021, 10:19
- 530
Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılır
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
News24.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Qeyd edilir ki, Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək.
Qəzetin məlumatına görə, A.Avdeev bu gün Xankəndinə gələcək və burada iki həftə ərzində təhvil-təslim işləri aparılacaq.
Qeyd edək ki, "Hraparak" bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Tigran Avinyan Rusiya rəhbərliyinə Rüstəm Muradov haqqında narazılıqların yer aldığı məktub yazıb və komandirlik müddətinin uzadılmaması üçün müraciət edib.
Lakin bir müddət sonra Avinyanın sözçüsü bu məlumatı təkzib edib. Qanuna görə, kontingent komandirləri 6 ayda bir növbə dəyişir. Lakin tərəflərin etirazı olmadığı halda səlahiyyətləri uzadıla bilər.