Muradov əsirlərlə bağlı yayılan xəbərdən danışdı:
    • 9-04-2021, 14:25
    • 836

Muradov əsirlərlə bağlı yayılan xəbərdən danışdı: "Yalan və təxribat idi"

"Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi".

News24.az xəbər verir ki, bu sözləri "Hraparak.am" saytına sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradov deyib.

Jurnalist Ermənistan rəsmilərinin niyə bu məlumatı yaydığı ilə maraqlanıb. R.Muradov isə "Yalan və təxribat. Onlardan soruşun. Əhalini aldadırlar" deyib. 

Onun sözlərinə görə, bu məsələ planda olmayıb və o Bakıya işgüzar səfərlə əlaqəli gedib.