Neftçalada narkotik satan şəxs tutuldu
    • 13-05-2021, 12:01
    • 418

Neftçalada narkotik satan şəxs tutuldu

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə  Habil Səlimov rayon ərazisində saxlanılıb. Onun  üzərinə keçirilən şəxsi axtarış zamanı sellofan torbalarda olan çəkisi 650 qramdan çox  narkotik vasitə olan heroin və 440 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq qrupunda H.Səlimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.