Corat sakinindən heroin götürüldü
    • 13-05-2021, 12:21
    • 358

Corat sakinindən heroin götürüldü

Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini M.Xəlilov saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 18 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 690 qram heroin götürülmüşdür.