Mingəçevirdə davaya görə 3 nəfər saxlanıldı
    • 13-05-2021, 17:09
    • 517

Mingəçevirdə davaya görə 3 nəfər saxlanıldı

Mayın 12-də Mingəçevirdə baş vermiş dava nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.