Quldurluq və xuliqanlıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
    • 27-02-2019, 12:56
    • 891

Quldurluq və xuliqanlıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Fevralın 19-da gecə saat 2 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri barədə 10-cu Polis Bölməsinə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətindən  News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat pulunu almaları da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.   

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Z.İsmayılovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilib.

Hazırda Qaradağ Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.