Lənkəranskinin və Qulinin tərəfdarları arasında ATIŞMA - VİDEO
    • 14-05-2021, 12:55
    • 333

Lənkəranskinin və Qulinin tərəfdarları arasında ATIŞMA - VİDEO

Rusiyanın Tümen şəhərində silahlı insident yaşanıb.

Bu barədə Rusiyanın “TumenPro” informasiya agentliyi məlumat yayıb.

Agentlik hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadən qeyd edir ki, mayın 13-ü gecə saatlarında şəhərin Klara Setkin küçəsində yaşanan atışma öldürülən azərbaycanlı “qanuni oğru”ların - “Lotu Quli” ləqəbli Nadir Səlifovun və Rövşən Canıyevin (Lənkəranski) tərəfdarları arasında baş verib.
Onlar arasında mübahisə Tümen bazarlarına nəzarət üstündə yaranıb. /Unikal.org/