Saatlıda gecə fəaliyyət göstərən çayxana aşkarlandı
    • 14-05-2021, 16:05
    • 410

Saatlıda gecə fəaliyyət göstərən çayxana aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə,  Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.