Hindistanda koronavirusa yoluxanların sayı 24 milyonu ötdü
    • 15-05-2021, 11:01
    • 263

Hindistanda koronavirusa yoluxanların sayı 24 milyonu ötdü

Hindistanda son sutkada koronavirusa 326 min 098 yoluxma qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən24 saat ərzində 3890 nəfər COVID-19-dan ölüb. 

Qeyd edək ki, Hindistanda bu günə qədər koronavirusa 24 milyondan çox insan yoluxub,  266 min 207 nəfər isə ölüb.