Hindistanda koronavirusa yoluxanların sayı 2,6 milyonu keçdi
    • 17-08-2020, 12:13
    • 767

Hindistanda koronavirusa yoluxanların sayı 2,6 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon 648 min 353-ə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildiirlib ki, son sutka ərzində Hindistanda 941 nəfər virusun qurbanı olub. Ümumi ölənlərin sayı isə 50 min 921-dir. 

Son 24 saat ərzində daha 1031 şəxsdə koronavirus aşkarlanıb. 

Qeyd edək ki, Hindistan yoluxma sayına görə dünyada 3-cü sıradadır.