Nyu-Yorkda silahlı insident - 5 NƏFƏR YARALANDI
    • 16-05-2021, 10:06
    • 432

Nyu-Yorkda silahlı insident - 5 NƏFƏR YARALANDI

Nyu-Yorkda silahlı insident zamanı beş nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisə Nyu-Yorkun şimalında yerləşən Bronksda baş verib. Bildirilir ki, yaralılardan birini polis hadisə yerində aşkarlayıb.  Daha dörd nəfər isə özləri yaxınlıqdakı xəstəxanaya müraciət ediblər. 

Yaralıların vəziyyəti barədə dəqiq məlumat verilmir.

Atışmanın səbəbi və şübhəlilər barədə açıqlama edilməyib.