Yerevanda silahlı insident - Bələdiyyə başçıları güllələndi
    • 1-05-2021, 10:45
    • 380

Yerevanda silahlı insident - Bələdiyyə başçıları güllələndi

Yerevanda gecə saatlarında silahlı insident baş verib.

News24.az "shamshyan.com"-a istinadən xəbər verir ki, yerli vaxtla saat 00:20-də polisə Erebuni xəstəxanasına üç nəfərin güllə yarası, bir nəfərin də bıçaq xəsarəti ilə daxil olması barədə məlumat verilib. Yaralıların Toxmax məhəlləsində yerləşən qəbiristanlığın yaxınlığındakı ərazidən gətirildiyi bildirilib.

Yerevan polisinin rəhbəri Sevan Köçəryan və müstəntiqlər də daxil olmaqla polis məmurları xəstəxanaya gəliblər.

Yaralılar arasında Şenqavit və Malatiya inzibati bölgələrinin bələdiyyə başçıları da var.

Hadisə yerində avtomat, tapança, istifadə olunan patronların gilizləri və qan izləri aşkarlanıb.