-
- 29-04-2020, 08:42
- 984
Ermənistanda atışma: Yaralananların xəstəxanada boğazları kəsildi
Ermənistanın Qavar şəhərində silahlı insident zamanı yaralanan iki nəfər qisas məqsədilə xəstəxanada öldürülüb.
News24.az xəbər verir ki, bu barədə "NEWS.am" məlumat yayıb.
Atışmada 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ehtimal olunur ki, yaralılardan ikisi hadisə yerindən qaçan zaman yol qəzası nəticəsində xəsarət alıb. Baş vermiş silahlı insident nəticəsində iki nəfərin öldürülməsindən sonra şəhərdə vəziyyət kəskin şəkildə pisləşib.
Bildirilir ki, öldürülənlərdən biri, hərbi polisin müstəntiqinin qohumları yerli xəstəxanaya gəliblər və insident zamanı yaralanmış şəxslərin – Armen və Xaçik qardaşlarının boğazını kəsərək qətlə yetiriblər.
İnsidentin araşdırılması üçün Qavar şəhərinə İrəvandan işçi qrup və xüsusi təyinatlı dəstəsi göndərilib. Nəzarətdən çıxmış vəziyyətin idarə edilməsi üçün polis rəisi Arman Sarkisyan Qavara gedib.
Məlumata görə, xəstəxanada vəziyyət qarışdığından istintaqçılar da ora yaxınlaşa bilmir. Atışma zamanı yaralananlardan birinin cərrahi əməliyyat olunduğuna dair məlumat da var, digər yaralı isə ağır vəziyyətdə İrəvana aparılıb.
Hadisə barədə bəzi təfərrüatlar da məlum olub. Silahlı insident zamanı ölənlərdən biri Qavarın Noratus kəndinin "Noratus ayısı" birliyinin üzvüdür, digəri isə hərbi polisin müstəntiqidir. Hadisə şahidlərinin bildirdiyinə görə, Qavardan və Noratus birliyindən olan yeniyetmələr mübahisə ediblər. Bu vaxt hərbi polisin müstəntiqi Zorik Paronikyan vəziyyətə müdaxilə edib və nəticədə atışma baş verib. Qeyd edilir ki, hətta ölən şəxsləri iki avtomobil sonacan izləyib və sonda güllələyərək öldürüblər.
İki nəfərin öldüyü silahlı insidentdən sonra iki yaralı İrəvana aparılıb, daha iki nəfərsə hadisə yerindən qaçıblar və yolda avtomobil qəzasına düşərək xəsarət alıblar. Onlar Qavar xəstəxanasına çatdırılsa da, sonradan orada qətlə yetiriliblər. Belə ki, dəyənək və bıçaqla silahlanmış şəxslər xəstəxanaya soxulublar və orada polis kordonunu da yararaq palataya keçiblər. Orada iki yaralı qardaşı öldürərək aradan çıxıblar.