“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisi barəsində cinayət işi başlandı
    • 16-05-2021, 16:24
    • 444

“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisi barəsində cinayət işi başlandı

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub. 

Qazax rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsənilib. 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda istintaq aparılır.