-
- 12-02-2020, 14:33
- 1 451
Oksana İradəni aldadıb xeyli pul ələ keçirdi
Bakıda dələduzluq etmiş qadına cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində rayon sakini olan Oksana Loktionova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü, yəni, dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə iş açılıb.
Belə ki, Oksana adlı qadın İrada adlı həmcinsinə müxtəlif vədlər verərək ondan xeyli pula alıb. Lakin o, verdiyi sözə əməl etməyib və aldığı pulları geri qaytarmayıb. Bundan sonra pul sahibi polisə müraciət edib.
Artıq məsələ ilə bağlı ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.