Şuşa gələcəkdə turizm destinasiyası olacaq - TURİZM AGENTLİYİ

Şuşa gələcəkdə turizm destinasiyası olacaq - TURİZM AGENTLİYİ
QARABAĞ / GÜNDƏM

18-05-2021, 11:10

Mətn ölçüsü

“İşğaldan azad olunan ərazilərimizdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb".

News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadov deyib.

“Hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır. Yaxın günlərdə bu araşdırmanın nəticəsi təqdim ediləcək. Qarabağ, o cümlədən Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq, həm yerli, həm də xarici turistlərin əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur”, - deyə o, qeyd edib.

Teymur MƏMMƏDOV