-
- 19-05-2021, 19:10
- 465
Sahibə Qafarova İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə GÖRÜŞDÜ - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti bu günRomada "Monteçitorio" sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, görüşdə çıxış edən Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan nümayəndə heyətini salamlayaraq, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
O, Vətən müharibəsindən dərhal sonra ölkəmizə etdiyi səfəri xatırlayaraq təəssüratlarını bölüşüb. Həmçinin iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin müsbət dinamika üzrə inkişaf etməsindən məmnunluğunu bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini və əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Spiker iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafını vurğulayaraq, xüsusilə dövlət başçılarının səfərlərinin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəyə çatmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Söhbətdə Sahibə Qafarova qeyd edib ki, Azərbaycan ötən il Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək ərazi bütövlüyünü təmin edib. Münaqişə başa çatsa da, Ermənistan tərəfi öz qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək, minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Eləcə də 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş terrorçuları beynəlxalq ictimaiyyətə “hərbi əsir” kimi təqdim etməyə çalışaraq, diqqəti bəyanatda əksini tapan əsas məsələlərdən yayındırmağa səy göstərir.
Spiker bildirib ki, Ermənistanın 30 ilədək davam edən işğalı dövründə Azərbaycan ərazilərində şəhər və kəndlər, maddi, mədəni, tarixi və təbiət abidələri məhv edilib, bütün infrastruktur dağıdılıb. Bu gün öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər səbirsizliklə öz ata-baba yurdlarına geri dönəcəkləri günü gözləyirlər. Bunun üçün də işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işlərinə start verilib.
Görüşdə İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliya- Azərbaycan dostluq qrupunun rəhbəri Stefano Luçidi, Azərbaycan–İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını vurğulayıblar. Qeyd edilib ki, ötən ilin dekabr ayında münaqişə başa çatdıqdan həmən sonra İtaliya Senatı və Deputatlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin səfəri bu münasibətlərə verilən dəyəri aydın şəkildə nümayiş etdirir.
Görüşdə hər iki tərəfdən dostluq qruplarının üzvləri ölkələrimiz arasındakı strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial və möhkəm hüquqi baza olduğunu ifadə ediblər.