-
- 22-09-2020, 18:00
- 971
Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
News24.az xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşünün Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini bildirib: "Azərbaycanla Rusiya arasında hazırkı mövcud münasibətlər sözsüz ki, iki ölkənin dövlət başçılarının apardıqları aktiv siyasi dialoqun nəticəsində olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri iki ölkə arasındakı strateji tərəfdaşlığın əsasını təşkil edir”.