Dağılmış evini 11 ay sonra efirdə görən Nurlan KÖVRƏLDİ - VİDEO
    • 20-05-2021, 14:38
    • 812

Dağılmış evini 11 ay sonra efirdə görən Nurlan KÖVRƏLDİ - VİDEO

Müğənni Nurlan Əzizbəylinin mənzilinin təmiri bitib.

News24.az xəbər verir ki, bu haqda ATV-də yayımlanan "Bizimləsən" verilişində Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminə Əzizbəyli məlumat verib: "Evimizin təmiri bitib, buna görə sizə təşəkkürümü bildirirəm. Tarixi binadır, iki mərtəbəli idi. Təmir vaxtı kirayədə yaşadıq. Kirayə haqqı dövlət tərəfindən ödənildi. Hazırda yatmağa çarpayımız yoxdur, bütün əşyalarımız çürümüşdü".

Qeyd edək ki, müğənni bir müddət əvvəl "Bizimləsən" verilişinə müraciət edərək evinin yararsız olduğundan şikayətlənib.