"Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"- PREZİDENT
    • 20-05-2021, 19:04
    • 539

"Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"- PREZİDENT

Noyabr bəyanatından sonra bir çox addımlar atdıq və göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik. Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

Dövlət başçısı bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.
“Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”, - Prezident İlham Əliyev əlavə edib. /Report/