Paşinyandan narazı qalan Ayvazyan İSTEFA EDİR
    • 21-05-2021, 10:56
    • 550

Paşinyandan narazı qalan Ayvazyan İSTEFA EDİR

Ermənistanın Baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya sənədini imzalayacağı barədə açıqlamasından ölkənin Xarici İşlər Nazirliyində gərgin vəziyyət hökm sürür.

News24.az xəbər verir ki, bu barədə "Haparak" qəzeti məlumat yayıb. Bildirilib ki, ölkənin XİN başçısı vəzifəsini yerinə yetirən Ara Ayvazyan sənəd haqqında Düşənbədə KTMT Nazirlər Şurasının iclasında iştirak edən zaman öyrənib.

Nazirlikdə Paşinyanın davranışından son dərəcə narazılıq hökm sürür, A.Ayvazyan və müavinləri istefa barədə düşünürlər. 

Ayvazyan Düşənbədə digər ölkələrdən olan həmkarlarına İrəvana qayıtdıqdan sonra istefa ərizəsi yazacağını söyləyərək vidalaşıb.

Hakimiyyət öz növbəsində onun istefasının qarşısını almağa çalışır.