-
- 21-05-2021, 13:15
- 467
"Azərbaycanın suverenliyini, müstəqilliyini müdafiə edirik"- Britaniyalı nazir
"Burada olmaq çox xoşdur. Birləşmiş Krallıq, Sizin də bildiyiniz kimi, Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və ölkənizin suverenliyini, müstəqilliyini müdafiə edir".
News24.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın ixracat naziri Qraham Styuart mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Biz bu uzun illər ərzində Azərbaycanın tərəfdaşı olmaqdan məmnunluq və şərəf hissi duyuruq. Bizi həmçinin bir çox məsələlər maraqlandırır. Lakin mən bunlardan ikisini seçərdim. Birincisi, Birləşmiş Krallığın da sadiq olduğu, Sizin daha da yaşıl və dayanıqlı gələcəyə dair baxışınızdır. Hesab edirəm ki, Azərbaycanın nəinki təkcə uğurlu neft və qaz iqtisadiyyatına malik olan ölkə, eləcə də, gələcəyi düşünən və uzunmüddətli perspektivdə strateji planlar quran bir ölkə olmasını təmin etmək Sizin baxışınıza uyğundur. Çünki, gələcək daha da yaşıl olacaq, qlobal investisiyalar bu sahəyə yatırılacaq və münasibətlərimizi dərinləşdirmək üçün fürsət olacaq. Sizin də qeyd etdiyiniz kimi, BP strateji tərəfdaşınızdır, orada böyük imkanlar var. Düzgün siyasət və tədbirlər müəyyənləşdirməklə, Sizin ölkəniz üçün uzunmüddətli mirasınız ondan ibarətdir ki, Siz ölkənizi neft və qaz əsasında qurub inkişaf etdirmisiniz, lakin, eyni zamanda, gələcəyə də baxırsınız", - nazir bildirib.