-
- 22-05-2021, 10:31
- 698
"Tahir Salahovun cənazəsi sabah Azərbaycana gətiriləcək" - Zərifə Salahova
Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.
Bunu mərhumun bacısı Zərifə Salahova deyib.
Onun sözlərinə görə, cənazə mayın 23-də AZAL-a məxsus təyyarə ilə Frankfurtdan Bakıya yola salınacaq.
Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.