-
- 22-05-2021, 11:21
- 332
Şirvanda bu şirkətə 90 min manatdan çox zərər vurulub
“Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Şirvan Şəhər Prokurorluğundan News24.az-a verilən məlumata görə, bununla əlaqədar aparılan araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 9-dək olan dövr ərzində 84 müştəri üzrə aparılan mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları təmin ediləcək.