"Biz artıq qalibik" - Samirə Əfəndi
    • 23-05-2021, 10:27
    • 494

"Biz artıq qalibik" - Samirə Əfəndi

“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur, biz artıq qalibik”.

News24.az xəbər verir ki, bu sözləri “Eurovision-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.
Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgisini etiraf edən Norveç təmsilçisi TIX (Andreas Haukeland) yer alıb.

Qeyd edək ki, “Eurovision-2021”in qalibi 524 xalla İtaliya təmsilçisi  “Maneskin” qrupu olub. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub. Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi isə 20-ci pillədə qərarlaşıb.