"Tənqid edənlərin dəbdən anlayışı yoxdur" -
    • 17-05-2021, 12:10
    • 454

"Tənqid edənlərin dəbdən anlayışı yoxdur" - "EUROVİSİON"DA GEYİM QALMAQALI

Artıq bir neçə gündür "Eurovision" mahnı müsabiqəsində bu il ölkəmizi təmsil edəcək müğənni Samirə Əfəndinin səhnə geyimləri müzakirə olunur. Hər kəs onun üçün hazırlanan libasın Xalq artisti Aygün Kazımovanın geyimləri ilə eyni olduğunu söyləyir. 

Sözügedən geyimləri hazırlayan dünyaca məşhur dizayner Rufət İsmayılla əlaqə saxladıq.

Dizaynerin köməkçisi Neslihan Gürsoy News24.az-a məsələylə bağlı açıqlama verdi: "Aygün xanımın da, Samirənin də geyimi Rüfət bəyin son kolleksiyası olan "Afffair"dəndir. Hər iki müğənni geyimlərini bu kolleksiyadan alıb. Hətta onu da deyə bilərəm ki, bu geyim ən azı 50 nəfərə satılıb.  Burda tənqid olunacaq heç nə görmürəm. Bu məsələ haqda mənfi fikir deyənlər modadan anlayışı olmayanlardır. Zövqlər və rənglər müzakirə olunmur. Demirəm, tənqid eləməməlidirlər, eləsinlər, amma peşəkarlar. Onu da deyim ki, Aygün xanım  divadır. Azərbaycanın ən zövqlü  müğənnisidir. Nəticədə Samirənin geyimi Aygün xanımınkına oxşayır, başqa zövqsüz müğənninin geyiminə yox. Avropa da Samirənin hər iki geyimini çox bəyənib".

Qeyd edək ki, müğənni Samirə Əfəndi yarışmada Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edəcək.