Göygöldə çayın kənarında meyit tapıldı
    • 23-05-2021, 12:40
    • 511

Göygöldə çayın kənarında meyit tapıldı

Göygöldə yaşlı kişi meyiti tapılıb.

News24.az xəbər verir ki, Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə yaşlı kişi meyiti tapılıb.

Həmin şəxs Göygöl rayon sakini 1937-ci il təvəllüdlü Musayev Süleymandır.

Meyitin üzərində ilkin müşahidə zamanı hər hansı bir zorakılıq aşkar edilməyib. Cəsəd ekspertizaya göndərilib.
Faktla bağlı Göygöl prokurorluğunda araşdırma aparılır.