Göygöldə körpünün altından meyit tapıldı - FOTO
    • 26-03-2021, 20:20
    • 531

Göygöldə körpünün altından meyit tapıldı - FOTO

Göygöl rayonunun Quşqara kəndində körpünün altında meyit tapılıb.
Şəxsiyyəti dəqiqləşdirilən cəsədin rayonun Quşqara kəndində köpünün altında tapıldığı bildirilib. Əraziyə rayon prokurorluğu və polis əməkdaşları
cəlb olunub.

İlkin məlumata görə, Göygöldə meyiti tapılanın şəxsiyyəti məlum olub. İlkin məlumata görə meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb. Meyit deformasiyaya uğradığından ölüm səbəbi hələ ki, məlum deyil. /Publika.az/