Medianın İnkişafı Agentliyinin rəhbərliyi jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşdü- FOTO
    • 23-05-2021, 13:22
    • 404

Medianın İnkişafı Agentliyinin rəhbərliyi jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşdü- FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Araz Zeynalovun ailə üzvləri ilə görüşüb.

Agentlikdən News24.az-a verilən məlumata görə, görüş zamanı jurnalistin səhhəti ilə maraqlanıblar.

Xatırladaq ki, böyük jurnalistika təcrübəsinə malik, ömrünü peşəsinə sərf etmiş Araz Zeynalovun səhhətində ciddi problem yaranıb. Jurnalist kardioloji xəstəlikdən əziyyət çəkir.