Tanınmış jurnalist ağır əməliyyat olundu - FOTO - VİDEO
    • 4-03-2019, 16:46
    • 3 068

Tanınmış jurnalist ağır əməliyyat olundu - FOTO - VİDEO

Tanınmış jurnalist Tahirə Məmmədqızı əməliyyat olunub.

News24.Az xəbər verir ki, uzun zamandır onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistin əməliyyatı martın 2-si Tibb Universitetinin Cərrahiyyə şöbəsində gerçəkləşib. 

Əməliyyat Tibb Universitetinin Mama-Ginekologiya şöbəsinin müdiri, professor Səadət Səfərova və universitetin müəllimi, həkim Elman Əzimovun rəhbərliyi altında olub.

Hazırda xəstəxanada olan jurnalistin səhhəti normaldır. 

T. Məmmədqızı sabah evə buraxılacaq.

Azər NƏSİBOV