İsmayıllıdakı qəzada xəsarət alanların kimliyi bəlli oldu
    • 23-05-2021, 17:25
    • 434

İsmayıllıdakı qəzada xəsarət alanların kimliyi bəlli oldu

İsmayıllı rayonunda avtomobil qəzası baş verib.
 
Hadisə bu gün rayonun Lahic qəsəbəsi ərazisində qeydə alınıb.
 
Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 2001-ci il təvəllüdlü Muradov Fərid Rüfət oğlu "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə aşıb.
 
Hadisə zamanı sürücü Fərid Muradov və sərnişin, Şabran rayon sakini, 1995-ci il təvəllüdlü İsayev Sabir İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.